"2015-ci il mənim yaxşı il oldu. Ən əsası, mənə doğma olan "Qəbələ”yə qayıtdım".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin qapıçısı David Pietrzkieviç deyib. O, klub qəzetinə açıqlamasında bunları söyləyib:
"2016-cı ildə komandamızın əsas qapıçısı olmaq arzusundayam. Təbii ki, yüksək nəticə, çempionluq öz yerində. Həyatda can sağlığı vacibdir və bunu təkcə ailəmə deyil, hamıya arzulayıram. Dostlarıyla, ailəmlə birgə Polşada istirahət edirəm".