"Qarabağ"ın sabiq oyunçusu Muarem Muaremin Azərbaycana qayıdışı yaxın günlərdə rəsmiləşə bilər. Sportarena.az xəbər verir ki, buna makedoniyalı yarımmüdafiəçinin Türkiyənin "Yeni Malatyaspor" klubuna transferinin baş tutmaması səbəb olub.
Türk klubun idman direktoru Əli Ravcı sözlərinə görə, Muarem Azərbaycandan bir klubla anlaşıb.
Qeyd edək ki, Muarem Muarem 2012-cü ilin əvvəlindən 2015-ci ilin yayına kimi “Qarabağ”da oynayıb. Onun elə Ağdam klubuna qayıdacağı istisna deyil.