"Qəbələ"dən "Rasinq"ə

18:37 2 Yanvar 2016

Qış fasiləsində "Qəbələ"dən ayrılan argentinalı futbolçu Fakundo Pereyranın yeni klubu məlum olub.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını vətənində davam etdirəcək. Belə ki, Pereyra "Rasinq" klubu ilə razılıq əldə edib. Bu baradə klubun rəsmi saytında məlumat verilib. Təcrübəli futbolçu ilə il yarımlıq müqavilə imzalanacaq.

 

Qeyd edək ki, argentinalı futbolçu mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan "Qəbələyə" icarə əsasında gəlmişdi.


Digər xəbərlər

Xəbər xətti