Azərbaycanlı hakim avrokubok oyununda

13:27 3 Yanvar 2016

Beynəlxalq dərəcəli azərbaycanlı voleybol hakimi Konstantin Selin növbəti Avrokubok matçına təyinat alıb. Sportarena.az xəbər verir ki, təmsilçimiz qadınlar arasında “Çelenc Kuboku”nun 1/8 final mərhələsinin oyununu idarə edəcək.

 

Vladimir Kukaşinau ilə birlikdə meydana çıxacaq referi “Hapoel KFAR SABA” – “AESCH Pfeffingen” matçına təyin olunub.

 

Matç 21 yanvar tarixində İsraildə oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti