Millimizin oyunlarının təqvimi açıqlandı

15:00 3 Yanvar 2016

Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq futzal üzrə AÇ-2016-nın final mərhələsinin təqvimi açıqlanıb. Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının da oyunlarının başlama saatları müəyyənləşib.

 

Qeyd edək ki, millimiz AÇ-dəki ilk matçını İtaliyaya qarşı keçirəcək. Fevralın 3-də baş tutacaq həmin görüş yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 00:00) start götürəcək.

 

İki gün sonra - fevralın 5-də keçiriləcək Azərbaycan - Çexiya matçı da eyni saatda başlayacaq.

 

Qitə birinciliyi fevralın 13-də yekunlaşacaq.

 

Yığmamızın yer aldığı D qrupunun oyunlarının təqvimi:

 

3 fevral
21:00. İtaliya - Azərbaycan

 

5 fevral
21:00. Azərbaycan - Çexiya

 

7 fevral
21:00. Çexiya - İtaliya


Digər xəbərlər

Xəbər xətti