Yığmamızın da iştirak edəcəyi turnir bu gün başlayır

16:19 3 Yanvar 2016

Bu gün Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş U-17 komandaları arasında XXVIII ənənəvi beynəlxalq turnir start götürür.

 

Sportarena.az xəbər verir ki, turnir yerli vaxtla 12:00-da (Bakı vaxtı ilə saat 13.00) start götürəcək. Açılış matçında Estoniya və Moldova milliləri üz-üzə gələcək. Daha sonra Slovakiya - Yaponiya matçı oynanılacaq. 16:30-da yarışın rəsmi açılış mərasimi keçiriləcək. Bu gün həmçinin turnirdə Qazaxıstan - Rusiya və Belarus - Litva matçları da oynanılacaq.

 

Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk oyununu sabah Latviyaya qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti