Tərlan Əhmədov Rusiya və İrandan gələnləri sınayır - FOTO

17:24 3 Yanvar 2016

AZAL-ın əsas komandası hələ hazırlığa başlamasa da, baş məşqçi Tərlan Əhmədov "Binə" stadionunda klubun ehtiyat qüvvəsinə baxış keçirib.

 

Klubun mətbuat xidmətindən Sportarena.az-a verilən xəbərə görə, gənc mütəxəssis seleksiya fəaliyyətinə start verib. Burada məqsəd əvəzedici heyətə və əsas komandaya futbolçu seçməkdir. Baxışa 30-da çox futbolçu dəvət edən Əhmədov onlar arasından ən layiqli 10 yeniyetməni əsas komandanın məşqlərinə də cəlb etməyi planlaşdırır.

 

Qeyd edək ki, yoxlanışa gələnlər arasında Rusiyadan və İrandan gələn həmyerlilərimiz də var. "Seçim turu"na yanvarın 5-də yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti