"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Türkiyənin "Mersin İdmanyurdu" klubuna keçəcəyi barədə xəbərlərə münasibət bildirib. Sportarena.az xəbər verir ki, o, "azerisport.az" saytına açıqlamasında bunları söyləyib:
"Mən bu kluba keçməyi məqsədəuyğun hesab etmədim. Bunun bir neçə səbəbi var. İlk növbədə, ailə vəziyyətimi qeyd edərdim. Həmçinin "Mersin İdmanyurdu"nun maliyyə çətinliklərini də unutmamaq lazımdır. Gələcəkdə legioner olmağa çalışacağam. Amma bu yöndə tələsmək fikrim yoxdur".