"Xəzər Lənkəran"da nə baş verir?

14:00 4 Yanvar 2016

Bütün təcrübəli futbolçularla yollarını ayırdıqdan sonra yalnız öz yetirmələri ilə qalan “Xəzər Lənkəran”ın ətrafında ilk baxışdan passivlik görüntüsu seyr edilsə də, əslində klubda faəl iş gedir.

 

Sportarena.az "12cioyuncu.info"ya istinadən xəbər verir ki, aylarla maaş ala bilmədiyindən klubdan ayrılmağa üstünlük verən futbolçulardan bir neçəsinin cənub təmsilçisindən gələn maraqlı təkliflər fonunda yenidən “ağ-yaşıl” forma geyəcəyi barədə söhbətlər gəzməkdədir.

 

İlk olaraq qeyd edk ki, Tural Cəlilovun geri qayıda biləcəyi gündəmə gəlib. Onunla yanaşı, özünə yeni klub tapa bilməyən Rasim Ramaldanov da futbolçu yoldaşlarından olan “geri dön” məsləhətinə ciddi yanaşaraq “Xəzər Lənkəran” karyerasını sıfırdan başlamaq barədə düşünür. Gənc qapıçı Orxan Sadıqlının isə ən azından yaya qədər Lənkəranda forma geyəcəyi şübhə doğurmur.

 

Bununla yanaşı “Xəzər Lənkəran”a “Qarabağ”dan bir yerli futbolçunun transferi barədə çalışmalara başlanılıb. Yaxın günlərdə daha bir neçə yerli futbolçunun komandamızda baxışdan keçəcəyi müəyyənləşib. Legioner futbolçuların transfer olunacağı ilə bağlı hələlik yeni məlumatlar yoxdur.


Digər xəbərlər

Xəbər xətti