Cüneyt Çakır dünyanın ən yaxşı 3-cü hakimi seçildi

18:25 4 Yanvar 2016

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) geridə qalan 2015-ci ilin ən yaxşı hakimlərinin adlarını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, italiyalı referi Nikola Ritsoli səsvermədə 80 xalla hamını qabaqlayıb. Bununla da, o, ardıcıl ikinci dəfə dünyanın ən yaxşısı seçilib. İngiltərəli Martin Atkinson 72 xalla ikinci, türkiyəli referi Cüneyt Çakır isə 71 xalla üçüncü olub.

 

1. Nikola Ritsoli (İtaliya) 80 xal

2. Martin Atkinson (İngiltərə) 72 xal

3. Cüneyt Çakır (Türkiyə) 71 xal

4. Feliks Brix (Almaniya) 59 xal

5. Byorn Kupers (Hollandiya) 35 xal

6. Mark Klattenburq (İngiltərə) 24 xal

7. Vilmar Roldan (Kolumbiya) 21 xal

8. Conas Erikson (İsveç) 14 xal

9. Karlos Velasko Karbalyo (İspaniya) 11 xal

10. Ben Uilyams (Avstraliya) 6 xal


Digər xəbərlər

Xəbər xətti