İki legioner Bakı klubundan ayrıldı

19:18 4 Yanvar 2016

Yeni baş məşqçi - Karlo Parisinin rəhbərliyi altında hazırlıqlara start verən "Lokomotiv" voleybol klubu komandanın Biləcəri qəsəbəsində yerləşən bazasında hər gün 2 dəfə məşq etməklə Superliqanın növbəti iki dövrəsinin və Çempionlar Liqasının qrup oyunlarına hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, komanda üzvlərindən Brenda Kastilyo və Özgə Kırdar Çəmbərçi öz ölkələrinin milli komandalarının tərkibində Rio Olimpiadasına vəsiqə uğrunda mübarizəyə qoşulduqları üçün hazırlıqlarda iştirak etmirlər.

 

Hazırlıqların növbəti mərhələsində yanvarın 6-dan 10-na qədər Rusiyanın "Proton" klubuyla Bakıda birgə təlim-məşq toplanışı nəzərdə tutulub. Toplanış çərçivəsində "Proton" Rostov kulubu "dəmiryolçularla" iki görüş və "Telekom" kulubu ilə iki görüş keçirməyi nəzərdə tutub.


Digər xəbərlər

Xəbər xətti