Putin "Beşiktaş"ın transferlərinə mane oldu

21:58 4 Yanvar 2016

Türkiyənin "Beşiktaş" futbol klubunun Ukraynanın "Dnepr" klubu ilə 2 futbolçunun transferinə dair 6 milyon avroluq təklifi hələdə öz cavabını almayıb.

Sportarena.az xəbər verir ki, Denis Boyko və Douglasın transferində ləngimələrə səbəb "Dnepr" klubunun sahibi, iş adamı İqor Kolomoyskinin Rusiya prezidenti Vladimr Putinlə yaşadığı problemlər göstərilir.

Beləki, Moskvadakı banklarının fəaliyyəti dondurulan İqor Kolomoyskin uzun müddətdir ki, ortalarda görünmür. Rusiya ilə Ukrayna arasında yaşanan gərgin siyasi münasibətlər futbolçuların transferi məsələsində ciddi problemlər yaradıb. Dnepr Klubunun sahibi və Ukraynanın ən zəngin 3-cü şəxsi olan Kolomoyskinin Ukraynada Putinə qarşı yürüdülən siyasəti dəstəkləməsi Rusiya prezidenti ilə münasibətləri daha gərginləşdirib. Beşiktaş klubu Boyko üçün 2 milyon, Douglas üçün 4 milyon avroluq təklifini klubun sahibinə çatdırmaq istəyən futbolçular uzun müddətdir ki, onu tapa bilmirlər. Ölkədə yaşanan gərgin siyasi və iqtisadi böhranlardan dolayı onun ümümiyyətlə komandayla heç maraqlanmadığı deyilir. Beşiktaşın isə artıq konkret cavab verilməsi üçün "Dnepr"ə təzyiq etdiyi bildirilir.


Digər xəbərlər

Xəbər xətti