Sami Xedira: "Avro-2016"nın qalibi ola bilmərik"

22:34 4 Yanvar 2016

Almaniya millisinin üzvü Sami Xedira "Avro-2016"da şanslarını dəyərləndirib.
Sportarena.az xəbər verir ki, o, indiki vəziyyətdə "Avro-2016"nın qalibi olmalarının mümkünsüz olduğunu deyib:
"Almaniya həmişə böyük yarışlarda favorit hesab edilir. Dünya çempionu olduğumuz üçün bütün rəqiblər bizə qarşı yaxşı oynayır. Düzünü desək, indiki vəziyyətdə "Avro-2016"nın qalibi ola bilmərik. Çünki son bir neçə aydır ki, komanda ən yaxşı oyununu göstərmir".


Digər xəbərlər

Xəbər xətti