Sərvəti 1 milyard avro olan və lüks içində bir həyat sürən Kriştian Ronaldo özünü bədbəxt hesab edir.
Sportarena.az xəbər verir ki, məşhur futbolçu həyatından razı deyil. Pulunu ürəyincə xərcləyə bilmədiyini vurğulayan Ronaldo, sahib olduqlarının mənasız olduğunu deyir: "Sahib olduğum heç nəyin mənası yoxdur, çünki mənim üçün əsas ailədir, mənsə, ailəmə vaxt ayıra bilmirəm. Təqaüdə çıxanda futboldan tamamilə uzaqlaşacam".
Futbolçu həyatı haqqında danışaraq, vurğulayıb: "Varlıyam, yaraşıqlıyam, çox yaxşı futbolçuyam. Elə bu səbəbdən də məni sevənlər çox olduğu qədər, mənə nifrət edənlər də az deyil".
Qeyd edək ki, "Real" klubu ulduzu 2015-ci ildə 148 milyonluq sərvətini 62 milyon daha artıraraq, 210 milyon avroya çatdırıb. 30 yaşlı futbolçunun vergi və bank hesablarını da toplasaq, 1 milyard avroluq sərvətinin olduğunu demək olar