“Yeni Malatyaspor” klubu ilә anlaşa bilmәyәn vә Azәrbaycan klubu ilә razılaşdığı deyilәn makedoniyalı yarımmüdafiәçi Muarem Muarem bunu tәkzib edib.
Sportarena.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verәn futbolçu heç bir Azәrbaycan klubundan tәklif almadığını bildirib:
“Heç bir Azәrbaycan klubundan tәklif almamışam vә heç kimlә dә razılaşmamışam. Bunlar doğru deyil. "Yeni Malatyaspor"la da anlaşmadım. Çünki başqa tәkliflәrә baxıram”.