Yığmamızın ən yaxşısı müəyyənləşdi - FOTO

10:52 5 Yanvar 2016

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Latviyanın U-19 komandasına qarşı keçirdiyi oyunda ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, turnirin təşkilatçıları Sankt-Peterburqda baş tutan qarşılaşmada (1:1) Pilağa Mehdiyevi fərqləndiriblər.

 

Qeyd edək ki, yığmamızın Latviyaya vurduğu yeganə qolun müəllifi də məhz Pilağa olmuşdu.


Digər xəbərlər

Xəbər xətti