Aleksandr Basov millimizlə oyundan danışdı

11:07 5 Yanvar 2016

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan U-17 – Latviya U-19 oyunundan sonra rəqib komandanın baş məşqçisi Aleksandr Basov fikirlərini bölüşüb. Sportarena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:

 

"Turnirdə ilk oyunumuz olduğu üçün komandada müəyyən qədər həyəcan var idi. Düşünürəm ki, bərabər səviyyəli oyun oldu. Lakin qarşılaşmanın sonunda Azərbaycan yığması qələbə qolunu vura bilərdi. Qol buraxmağımızı nəzərə almasaq, ümumilikdə komandamdan razı qaldım”.


Digər xəbərlər

Xəbər xətti