"Kəpəz" millinin üzvü ilə maraqlanır

11:35 5 Yanvar 2016

Bolqarıstan yığmasının müdafiəçisi Aleksandr Aleksandrov karyerasını Azərbaycanda davam etdirə bilər. Sportarena.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə "Kəpəz" maraqlanır.

 

Onun Türkiyənin "Mersin İdmanyurdu" klubuna keçməsi də gözlənilir. Son olaraq "Ludoqorets"də çıxış edən futbolçu bu klubla yollarını ayırıb. Bu üzdən də Aleksandrov hazırda azad agent statusu daşıyır.

 

Xatırladaq ki, Aleksandrov Bolqarıstan yığmasının heyətində AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Sofiyada Azərbaycana qarşı keçirdikləri oyunun (2:0) iştirakçılarından olub.


Digər xəbərlər

Xəbər xətti