PFL klublara transfer qadağası qoya bilməz - AFFA

13:43 5 Yanvar 2016

Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev onlara borcu olan 9 Premyer Liqa klubuna transfer qadağası qoyacaqlarını bəyan edib. Lakin onun və rəhbərlik etdiyi qurumun belə bir hüququ yoxdur.

 

Sportarena.az xəbər verir ki, bunu azerisport.az saytına AFFA-dan bildiriblər. Məlumatda o da bildirilir ki, belə bir qərarı ancaq assosiasiyanın İntizam Komitəsi qəbul edə bilər.

 

PFL isə sadəcə, İK-ya müraciət ünvanlaya bilər ki, klublar onlara olan borclarını ödəmir. Yalnız bundan sonra İK həmin klublara müxtəlif cəzalar tətbiq edə, eləcə də transfer qadağası qoya bilər.


Digər xəbərlər

Xəbər xətti