"Barselona" transfer pəncərəsinin ilk günü müxtəlif yaş qrupları üzrə komandalarında iştirak ərizəsinə 77 oyunçunun adını daxil edib.
Sportarena.az xəbər verir ki, katalonlar yayda heyətinə qatdığı, ancaq FİFA-nın cəzası səbəbindən xidmətlərindən istifadə edə bilmədiyi oyunçuları artıq rəsmən komandalarının siyahısına salıb.
"Barsa"da əsas komandaya Arda Turan və Aleks Vidal, B komandasına Robert Qonsalves və Xokin Esketa daxil edilib.