"Qarabağ" bu gün təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yollanıb. Sportarena.az xəbər verir ki, Ağdam klubu yanvarın 24-dək Antalyada hazırlıq keçəcək.
Qeyd edək ki, Qurban Qurbanov komandasını qardaş ölkədə dörd yoxlama oyununda sınaqdan keçirəcək. "Qarabağ" yanvarın 16-da İranın "Traktorsazi", 20-də Macarıstanın "Dioşdyor", 23-də isə Avstriya "Admira Vakker"i və Polşa "Yaqelloniya"sı ilə qarşılaşacaq.