Böyük Britaniyanın "Sky Sports" kanalı futbol üzrə İngiltərə yığmasının DÇ-1966-da əldə etdiyi çempionluğun 50 illiyinə həsr olunmuş veriliş yayımlayıb.
Sportarena.az xəbər verir ki, "Sky Sports"un ekspertləri Ceymi Karraqer və Ed Çemberlin statistik göstəricilər və kompüter qarfikinin köməkliyi ilə final görüşünü təhlil ediblər. Verlişin ən maraqlı hissəsi vurulan 3-cü qolda topun qapı xəttini keçib-keçmədiyinin müzakirəsi idi. Karraqer və Çemberlin müasir texnologiyalardan istifadə etməklə Tofiq Bəhramovun haqlı olduğunu ortaya çıxarıblar.
Matçda het-trik müəllifi olan Ceff Hörst həmin epizodla bağlı danışıb: "Mən qolu vuran zaman top qapı xəttini keçmişdi. Tofiq Bəhramov həmin epizodda doğru qərar vermişdi. Çox şadam ki, bu gün bunu bir daha sübut etdiniz".
Veriliişin eksperti olan "Liverpul" əfsanəvi futbolçusu Ceymi Karraqer: "Çox sevinirəm. Həqiqətən də böyük iş ortaya qoyduq. Hakimin düzgün qərar verdiyini dəqiqləşdirdik. Mən göz açandan bu epizodla böyümüşəm".