"Sumqayıt" hazırlıqlara start verdi

17:08 5 Yanvar 2016

"Sumqayıt" Premyer Liqanın III dövrəsi üçün hazırlığa start verib. Sportarena.az xəbər verir ki, komanda bu gün “Kapital Bank Arena”da ilk məşqinə çıxıb. Təxminən 1,5 saat davam edən hazırlıq mərhələsi zamanı daha çox fiziki hazırlığa üstünlük verilib. Heyətdə zədəli futbolçu yer almayıb. Əvvəlcədən xəbər verdiyimiz kimi, komanda hazırlıq mərhələsinin birinci mərhələsində 3 yoxlama oyunu keçirəcək.

 

"Sumqayıt" yanvarın 9-da saat 11:00-da doğma meydanda "Şərurspor"u qəbul edəcək. Həmin gün saat 16:00-da isə "Sumqayıt" AZAL-a səfərdə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti