AZAL və AFFA-nın birgə təşkilatçılığı ilə ölkə xaricinə təlim-məşq toplanışına yollanmayan klublar arasında mini-turnir keçirilə bilər. Sportarena.az xəbər verir ki, artıq "Neftçi", "Rəvan", "Xəzər Lənkəran" və "Kəpəz" bu turnirdə iştiraka razı olub.
AZAL-la yanaşı, daha bir klubun turnirə dəvət olunması nəzərdə tutulub. Bir sözlə, təşkilatçılar altı klubdan ibarət turnir keçirmək istəyindədirlər. Altıncı iştirakçı Rusiya klubu da ola bilər, birinci divizion təmsilçisi də. Altı klub hərəsində üç iştirakçı olmaqla iki yarımqrupda mübarizə apara bilər.
Stadion və hakim təşkilatçılığını AFFA öz üzərinə götürəcək. Turnirin dəqiq hansı tarixdə başlayacağı bəlli deyil. Amma yanvarın 25-də bitəcəyi dəqiqdir. (azerisport.az)