İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu ada ardıcıl ikinci dəfə "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil laiq görülüb. Türk əsilli futbolçu dekabr ayında keçirdiyi 6 oyunda 5 məhsuldar ötürmə ilə yadda qalıb.