"Çelsi"də ciddi itki: 2 həftə olmayacaq

00:57 6 Yanvar 2016

"Çelsi"nin zədəli hücumçusu Eden Azarın nə qədər oynamayacağı məlum olub.
Sportarena.az xəbər verir ki, "Kristal Pelas"la oyunda zədələnərək oyunu yarımçıq tərk edən Azarın zədəsinin çox ciddi olmadığı məlum olub. Əzələsini dartan belçikalı hücumçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Kristal Pelas" - "Çelsi" matçı 0-3 hesabı ilə "zadəganlar"ın xeyirinə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti