Ən yaxşı məşqçi müəyyənləşdi

10:33 6 Yanvar 2016

2015-ci ilin ən yaxşı yığma məşqçisinin adına aydınlıq gəlib. Sportarena.az saytı xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) keçirdiyi səsvermənin yekununda Çili yığmasının çalışdırıcısı Jorje Sampaoli birinci yeri tutub.

 

56 yaşlı mütəxəssis bu yarışda, demək olar ki, rəqibsiz olub. Çünki Almaniya millisinin baş məşqçisi Yoahim Löv ondan 79 səs az toplayıb. İngiltərə yığmasının çalışdırıcısı Roy Hocson isə 3-cü pillədə yer alıb.

 

AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanan İspaniya, Avstriya, Şimali İrlandiya, Albaniya, İslandiya və Uels kimi komandaların baş məşqçiləri də ən yaxşılar arasında qərarlaşıblar.

 

İlk “onluq”da olanlardan 8-i Avropa komandasının “sükanı arxası”ndadı. Jorje Sampaoli ilə yanaşı, Cənubi Amerika qitəsində fəaliyyət göstərən digər mütəxəssis isə Argentina millisinin çalışdırıcısı Xerardo Martinodu.

 

2015-ci ilin ən yaxşı yığma məşqçiləri:

1. Jorje Sampaoli (Çili) - 136 xal

2. Yoaxim Löv (Almaniya) - 57 xal

3. Roy Hocson (İngiltərə) - 46 xal

4. Marsel Koller (Avstriya) - 29 xal

5. Maykl O’Neill (Şimali İrlandiya) – 25 xal

6. Covanni de Biasi (Albaniya) - 23 xal

7. Lars Lagerbek (İslandiya) - 22 xal

8-9. Visente del Boske (İspaniya) - 18 xal

8-9. Kris Koulmen (Uels) - 18 xal

10. Xerardo Martino (Argentina) - 14 xal


Digər xəbərlər

Xəbər xətti