Millimiz Bolqarıstana qalib gəldi- YENİLƏNİB

19:22 6 Yanvar 2016

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, yığmamız Bolqarıstanın U-19 komandası ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 17:30) başlayacaq.

 

Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu yanvarın 4-də Latviyanın U-19 komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

 Azərbaycan (U-17) - Bolqarıstan (U-19) - 2:0

Qollar: Gülər Mətin, 68 (1:0), İbrahim Qədirzadə, 90+4 (2:0)

Peterburqski İdman-Konsert Kompleksi.


Digər xəbərlər

Xəbər xətti