Türkiyəli məşqçi Bakıya gələcək

13:48 6 Yanvar 2016

Azərbaycanlı futbolçular Tural Rzayev və Qara Qarayevin xidmətində maraqlı olan "Mərsin İdman Yurdu" klubu istəyindən imtina edib. Sportarena.az xəbər verir ki, buna Bülənt Qorxmazın istefaya göndərilməsi səbəb olub.

 

ATV-yə açıqlama verən "Qalatasaray"ın sabiq kapitanı məsələyə münasibət bildirərkən rəhbərliklə transfer məsələsində ortaq məxrəcə gəlmədiyini qeyd edib. Onun sözlərinə görə klubun başbilənləri çalışdırıcının istədiyi futbolçuları almaq istəməyib. Buna görə də yollar ayrılıb. O, həm Qarayevlə, həm də Rzayevlə bağlı ağızdolusu danışıb. Gənc mütəxəssis Qaranın hazır Super Liqa oyunçusu olduğunu bildirib, Rzayevin isə tədricən həmin səviyyəyə gələcəyini söyləyib.

 

Bundan başqa Türkiyə millisinin keçmiş kapitanı mart ayında Bakıya gələcək. O, Azərbaycan çempionatını izləmək istədiyini bildirib.


Digər xəbərlər

Xəbər xətti