Ötən il dekabrın 21-dən etibarən istirahətə yollanan AZAL bu gün hazırlıga start verib.
Sportarena.az xəbər verir ki, səhər saat 11:00-da Şüvəlandakı bazada bir araya gələn komanda üzvləri yanvarın 8-dək yaşıl meydana çıxmayacaq.
Bu müddət ərzində əsasən fiziki hazırlıga üstünlik verəcək baş məşqçi Tərlan Əhmədov yetirmələrini dəniz kənarında məşq etdirəcək. Yanvarın 8-dən etibarən məşqlər “AZAL Arena”da keçiriləcək.
Qeyd edək ki, ilk mərhələdə baxışa 4-5 yeni futbolçunun cəlb olunması planlaşdırılır. 3 mərhələdən ibarət olacaq qış hazırlıgına isə dekabrın 23-də yoxlama oyunu ilə yekun vurulacaq.