"İnter"in yeni transferləri - qapıçı Kamran Ağayevlə hücumçu Vüqar Nadirov nömrə seçimini edib. Sportarena.az xəbər verir ki, millimizin şərəfini qoruyan futbolçular paytaxt klubunda da özlərinə doğma olan nömrələr altında çıxış edəcəklər.
Belə ki, Kamran 1 nömrəni seçibsə, Vüqar 17 nömrəli forma ilə oynayacaq. "İnter"də onlardan öncə 1 nömrəni qapıçı Səlahət Ağayev geyinirdisə, 17 nömrə Mirsahib Abbasova məxsus idi.