Azərbaycan millisi ilə yoxlama oyunu keçirmək üçün Bakıya gələcəyi gözlənilən futzal üzrə Belarus yığması fikrini dəyişib. Sportarena.az xəbər verir ki, belaruslular paytaxtımıza gəlməkdən imtina ediblər. Onlar bunu texniki problemlərlə əlaqələndiriblər.
Qeyd edək ki, Azərbaycan yığması fevralın 1-də Serbiyanın paytaxtı Belqradda start götürəcək Avropa çempionatının final mərhələsinə hazırlaşır. Komandamız hazırlıq prosesi çərçivəsində yanvarın 22-si və 24-də Belarusla iki yoxlama oyunu da keçirəcəkdi.