Millimizin baş məşqçisi: "Bu oyun göstərdi ki..."

21:28 6 Yanvar 2016

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan U-17 – Bolqarıstan U-17 (2:0) oyunundan sonra millimizin baş məşqçisi Təbriz Həsənov bunları deyib:
 "Çətin oyun oldu. Komandamız bu gün daha yaxşı oynadı. Layiqli qəbələ qazandıq. Bu gün komandam istəkli idi. Uşaqlar qalib gəlməyi çox istəyirdilər. Hər top uğrunda mübarizə aparırdılar. Bilirdik ki, rəqib mərkəzdə yaxşı çıxış edir. Onların zəif cəhətlərindən yararlanmağa çalışırdıq. Qol vurduqdan sonra müdafiəyə daha çox diqqət ayırmağı tapşırmamışdım. Müəyyən qədər yorğunluq da var idi. Bu oyun göstərdi ki, ilk qarşılaşmadakı gərginliyi üzərimizdən atmışıq”.


Digər xəbərlər

Xəbər xətti