"Buna görə də Azərbaycan millisi ikinci hissədə daha yaxşı oynadı"

21:52 6 Yanvar 2016

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan U-17 – Bolqarıstan U-17 (2:0) oyunundan sonra rəqiblərin baaş məşqçisi Viktorio Pavlov bunları deyib:
“Ümumi götürsək, bərabər oyun oldu. Məncə, birinci hissədə biz daha yaxşı təsir bağışladıq. Amma fasilədən sonra fiziki cəhətdən çatdırmadıq. Buna görə də Azərbaycan millisi ikinci hissədə daha yaxşı oynadı. Nəticəyə görə məyusam. Amma məni daha çox komandamın ikinci hissədəki zəif çıxışı narahat edir. Həm bizim, həm də Azərbaycan yığmasının futbolçuları digər komandalardan 1 yaş kiçik olsa da, taktiki cəhətdən rəqiblərdən geri qalmırıq”.


Digər xəbərlər

Xəbər xətti