“Bavariya”nın sabiq baş məşqçisi Ottmar Xitsfeld Zinəddin Zidanın “Real” klubunun baş məşqçisi olmasına münasibət bildirib.
Sportarena.az xəbər verir ki, Xistfeld Zidanın baş məşqçi postuna gətirilməsini axmaqlıq və səfehlik olduğunu açıqlayıb:
“Bu hadisə Zidan üçün böyük bir qələbədir. Bu axmaq və səfeh bir qərardır. Zidanın dahi bir futbolçu olmasına şübhə yoxdur, amma bir baş məşqçi kimi heç bir təcrübəsi yoxdur. Məşqçi kimi heç nə etməyib hələ, lakin dünyanın ən yaxşı futbolçuları ilə çalışmalıdır”.
Qeyd edək ki, 43 yaşlı fransız mütəxəssis 4 yanvarda “Real” klubunun baş məşqçisi təyin edilib.