Azərbaycan cüdo üzrə dünya çempionatını keçirməyə namizədliyini irəli sürüb. Sportarena.az xəbər verir ki, bunu “tvitter” sosial şəbəkəsində Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer açıqlayıb.
O bildirib ki, 2018 və 2019-cu ildə təşkil olunacaq dünya çempionatları üçün artıq 5 şəhər rəsmi təklif göndərib. Vizerin sözlərinə görə, mundiala ev sahibliyi etməkdə Azərbaycan da iddialıdı: “Paris, Tokio, Kazan, Bakı və Qahirə artıq bizə müraciət edib. Həmçinin, Hyustonun da onlara qoşulması istisna deyil”.
Qeyd edək ki, dünya çempionatı Bakıya verilərsə, Azərbaycan tarixində ilk olacaq.