PFL-dən klublara qanunsuz məktub

11:32 7 Yanvar 2016

PFL-in göndərdiyi məktub əsasında bu gün İntizam Komitəsinin (İK) iclası baş tutub. İclasın yekununda çıxarılan qərara görə, 9 Premyer Liqa klubu yanvarın 29-na kimi PFL-ə borclarını ödəməyəcəyi halda onlara sanksiyalar tətbiq olunacaq.
 

Təbii ki, bu, məsələnin hüquqi tərəfi idi. Qüvvədə olan nizamnaməyə əsasən, bu qərarı İK çıxarmalı idi. Lakin Qaynar.info-ya məlum olub ki, artıq bu 9 kluba ("İnter", "Zirə", "Qəbələ", "Kəpəz", "Neftçi", AZAL, "Sumqayıt", "Xəzər Lənkəran", "Rəvan") məktublar dünəndən göndərilibmiş. Təbii ki, dünən İK-nın qərarı olmadığından, məktub PFL adından göndərilib.

 
Məktubda İK-nın açıqlanan bugünkü qərarının eynisi ilə aşağıdakı şəkildə də tanış ola bilərsiniz. PFL-in isə İK qərarı olmadan belə bir məktubla müraciət etməsi qanunsuzdur. Məktub yalnız xəbərdarlıq formasında, borc pulların ödənilməsi xahişi ilə göndərilə bilər. Lakin aşağıdakı məktubdakı cümlələrdən belə başa düşmək olur ki, PFL qaydaları bilə-bilə pozub. Bax, bu gələcək zamanda işlədilən fel hər şeyi ifadə edir: "qadağa qoyulacaq".


Digər xəbərlər

Xəbər xətti