Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2015-ci ilin ən yaxşı 200 klubunun siyahısını açıqlayıb. Sportarena.az xəbər verir ki, siyahıda Azərbaycan klubları da yer alıb.
Belə ki, "Qarabağ" 142 xalla 77-ci pillədə qərarlaşıb. Ağdam klubu bu göstəricidə İspaniya "Valensiya"sı ilə şərikdir.
"Qəbələ" isə 116 xalla 124-cü yerdə gedir. Eyni göstərici daha dörd kluba məxsusdur - "Rosario Sentral" (Argentina), "Xerediano" (Kosta Rika), "Torino" (İtaliya) və "Senqnam İlhva Çunma" (Koreya).
Bakı "İnter"i 92 xalla 192-ci yerdədir. Ermənistan "Pünik"i ilə İsveçrə "Tyun"u da oxşar göstəriciyə sahibdir.
Dünya reytinqinə İspaniya "Barselona"sı başçılıq edir - 379 xal. Bu komandanı İtaliyanın "Yuventus" (286) və "Napoli" klubları (268) izləyir.