“Bakı”nın sabiq futbolçusu Fərdi Elmas özünə yeni komanda tapıb.
Sportarena.az xəbər verir ki, o, Türkiyə aşağı liqasında mübarizə aparan “Manisa Büyükşəhər Bələdiyyəspor” ilə anlaşıb. Elmas türk klubu ilə 6 aylıq müqavilə imzalayıb.
Ferdi “Bakı”dan başqa “Qalatasaray”, “Ankaraspor”, “Çaykur Rizəspor”, “Ayaks” klublarında çıxış edib.