Birinci divizionda çıxış edən Mingəçevirin “Energetik” klubunun baş məşqçisi istefa verib.
Sportarena.az “El” TV-yə (Region TV) istinadən xəbər verir ki, bir müddət öncə komandanın “sükanı arxasına” gətirilən Ənvər Nəsibov istefa verdiyini açıqlayıb. O, vəzifəsindən getməyə səbəb kimi komandada olan maliyyə problemini göstərib.
Həmin posta klubun keçmiş baş məşqçisi Sahib Qocayevin gətiriləcəyi bildirilir.
Qeyd edək ki, "Energetik" 13 turdan sonra 5 xalla I Divizionda sonuncu pillədə qərarlaşıb.