Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" hazırlıqlarını davam etdirir.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın dünənki proqramında 1 məşq olub.
Ağdam təmsilçisinin çalışması 90 dəqiqə davam edib. İsinmə hərəkətlərinin ardından 4 qrupda kvadrat oynayan futbolçular ardınca məşqçilərin verdiyi başqa fiziki tapşırıqları yerinə yetiriblər.