Hafiz Məmmədovun klubu üçün belçikalı müştəri

10:00 8 Yanvar 2016

Belçikalı biznesmen Qreqori Make azərbaycanlı Hafiz Məmmədovun sahib olduğu fransız “Lans” klubunu almaq istəyir.
 
Sportarena.az xəbər verir ki, belçikalı artıq “Lans”a 2,5 milyon avro təklif edib. Eləcə də o, artıq birinci mövsümdə kluba 15 milyon yatırmağı planlayır.  Sazişin bağlanması üçün Make Hafiz Məmmədov ilə görüşməlidir. Görüş gələn həftə baş tuta bilər.
 
"Məmmədov bu sazişə qarşı deyil, amma Fransa və Azərbaycan arasında məsafə müzakirənin tez bir zamanda irəliləməsinə elə də yardım etmir".


Digər xəbərlər

Xəbər xətti