Futbolçunun arvadını oğurladılar

10:47 8 Yanvar 2016

Rusiyanın "Amkar" klubunun futbolçusu Feqor Oqudenin həyat yoldaşı oğurlanıb.

 

Sportarena.az xəbər verir ki, hadisə Nigeriyanın Varri şəhərində baş verib. 29 yaşlı yarımmüdafiəçi hadisədən kiçik qardaşı vasitəsilə xəbər tutduğunu deyib. F.Oqude hadisə haqda xəbər tutan kimi polisə müraciət edib. Cinayətkarlar haqda məlumatsız olduğunu söyləyən futbolçu bildirib ki, yoldaşının harada olduğundan xəbərsizdir.

 

Qeyd edək ki, Feqor Oqude 2014-cü ilin yanvarından "Amkar"da çıxış edir. O, cari mövsümdə Perm təmsilçisinin heyətində 14 oyuna çıxıb.


Digər xəbərlər

Xəbər xətti