Biri getdi, biri qaldı - "Rəvan"da

11:40 8 Yanvar 2016

"Rəvan" legioner futbolçusu Şeriff Suma ilə yollarını ayırır.

 

Sportarena.az xəbər verir ki, Suma özü komandadan getmək istəyib. Buna da səbəb komandada maliyyə problemlərinin olmasıdır.

 

Müdafiəçi komandanın düşərgəsinə qayıtmayacaq. Digər legioner qapıçı Konstantin Maxnovski isə maliyyə problemlərinə baxmayaraq komandada qalmağı üstün tutub. Ukraynalı qapıçı ən azı mövsümün sonuna qədər "Rəvan"ın formasını geyinəcək.


Digər xəbərlər

Xəbər xətti