"Liverpul"un yarımmüdafiəçisi Cordon Ayb karyerasını Türkiyədə davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, "Fənərbaxça" 20 yaşlı yarımmüdafiəçisini mövsümün sonuna qədər icarəyə götürməyə çox yaxındır. Yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı gözlənilir.
Onu da qeyd edək ki, İstanbul klubu müqavilə ilə "Liverpul"a məxsus olan Lazar Markoviçlə olan sözləşməsini 1 il daha uzatmaq niyyətindədir.