Səlahət Ağayev "Qəbələ" ilə razılığa gələ bilmədi

11:21 8 Yanvar 2016

"İnter"dən ayrılan millimizin qolkiperi Səlahət Ağayevin "Qəbələ" ilə danışıqlar apardığı barədə məlumat vermişdik.  Sportarena.az "sportal.az"a itinadən xəbər verir ki, son anda tərəflər razılaşa bilməyib. Səbəb isə Ağayevin daimi oynamaq istəməsidir.

 

Hələlik klub tapmayan Səlahət bu gündən etibarən "Sumqayıt"ın düşərgəsində məşqlərə başlayacaq. Digər bir məlumata görə, "Sumqayıt" Ağayevə müqavilə də təklif edəcək. Əgər tərəflər arasında maliyyə məsələsində razılıq olsa, qolkiper mövsümün sonuna kimi "kimyaçılar"ın heyətində oynaya bilər.


Digər xəbərlər

Xəbər xətti