32 yaşında futboldan getdi

13:01 8 Yanvar 2016

İngiltərə millisinin sabiq üzvü Cermeyn Cenas karyerasını başa vurub. Sportarena.az xəbər verir ki, buna 32 yaşlı futbolçunun dizindən aldığı zədədən əziyyət çəkməsi səbəb olub.

Zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalan Cenas karyerasını başa vurmaq qərarına gəlib. O, sonuncu dəfə 2014-cü ilin aprelində rəsmi görüşdə meydana çıxıb.

Qeyd edək ki, karyerası ərzində "Nyukasl", "Tottenhem" və "Aston Villa" kimi klublar oynayan Cenas İngiltərə yığmasında keçirdiyi 21 oyunda cəmi 1 qol vurub.


Digər xəbərlər

Xəbər xətti