Antalyada təlim-məşq toplanışında olan Bakının "İnter" klubunun ilk yoxlama oyunun vaxtı müəyyənləşib.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ilk matçını Almaniyanın "Verder" klubunun əvəzedici komandasına qarşı keçirəcək. Qarşılaşma yanvarın 13-ü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, bu oyundan iki gün sonra "İnter" "Verder"in əsas komandası ilə qarşılaşacaq.