Millimiz darmadağınla uduzdu - YENİLƏNİB

21:51 8 Yanvar 2016

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirin qrup mərhələsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, yığmamız Sloveniyanın U-19 komandası ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

 

Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu Latviyanın U-19 komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Futbolçularımız ikinci oyunda isə bolqarıstanlı həmyaşıdlarını 2:0 hesabı ilə məğlub edib.

20:00. Sloveniya - Azərbaycan  0:4 
Qollar: Kevin Jilek, 18 (0:1), 36 (0:2), Sven Kariç Şoştariç, 56 (0:3)  Tom Jurqa, 90 (0:4)


Digər xəbərlər

Xəbər xətti