Azərbaycan futboluna ağır itki üz verdi - FOTO

16:06 8 Yanvar 2016

Azərbaycanın tanınmış futbol veteranı Valeri Hacıyev vəfat edib. Sportarena.az xəbər verir ki, Hacıyev uzun sürən xəstəlikdən sonra bu gün - 75 yaşında dünyasını dəyişib.

 

"Neftçi"nin sabiq yarımmüdafiəçi sabah Bakıxanov qəsəbəsində dəfn olunacaq.

 

Qeyd edək ki, Valeri Hacıyev 1966-cı ildə SSRİ çempionatında "Neftçi"nin heyətində bürünc medal qazanıb. O, U-21 yığmamızın baş məşqçisi kimi fəaliyyət göstərib.


Digər xəbərlər

Xəbər xətti